Ali Gökdemir: "Babam Azərbaycandan qaçıb"

Ali Gökdemir: "Babam Azərbaycandan qaçıb"
«Atam Azərbaycanda böyüyüb, 10 il burda yaşayıb». Fanat.az «Çempion» qəzetinə istinadən xəbər verir ki, bu sözləri millimizin üzvü Ali Gökdemir deyib.
Almaniyanın «Hannover 96» klubunda çıxış edən futbolçumuz Azərbaycanla əlaqələrindən danışıb: «Keçmiş Sovet dönəmində babam Azərbaycandan qaçıb. Atam isə 18 yaşında Almaniyaya gəlib, burada ailə həyatı qurub».
Gökdemir «Almaniyada bir türkün yaşaması, özünü göstərməsi çətindir. Siz nə kimi çətinliklər gördünüz» sualına belə cavab verib: «Nələr görmədiyimizi soruşun. Adicə futbolda bəzi məşqçilər bizi oynatmırdılar, bəziləri də bizi ancaq boş-boşuna qaçırdırdılar».
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər