"Azərbaycanla oyun çox çətin olacaq. Bu, bayağı səslənməməlidi. Mən həqiqətən də belə olacağını düşünürəm. Əminəm ki, yığmamızın digər üzvləri də belə düşünürlər. Hədəfimiz əvvəlki kimidi - qələbə qazanmaq". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya millisinin üzvü Aleksandr Səmədov deyib.
Rusiya yığmasının azərbaycanlı üzvü jurnalistin "Sizin bu sözlərinizdən belə təəssürat yaranır ki, Rusiyanı Azərbaycanla yox, İspaniya ilə qarşılaşma gözləyir. Azərbaycanlı futbolçular isə tam fərqli açıqlamalar verirlər" sözlərinə belə reaksiya verib: "Bilirsiz, mən əslində futbol xəbərlərini, oyun öncəsi açıqlamaları oxumağı xoşlamıram. Əgər idman saytlarına daxil olsam, NHL və ya NBA-da nələr baş verdiyinə baxaram, daha Azərbaycan Premyer Liqasında olanlara yox".