AEK-in hücumçusu Azərbaycan millisi ilə oyundan nə gözləyir?

AEK-in hücumçusu Azərbaycan millisi ilə oyundan nə gözləyir?

Haiti millisinin hücumçusu Frantsdi Pyero Azərbaycan yığmasına qarşı sabah keçirəcəkləri yoxlama oyunundan öncə mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, AEK-in 29 yaşlı forvardı belə danışıb:

“Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.

Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər