Azərbaycan millisi Gürcüstana uduzdu

Azərbaycan millisi Gürcüstana uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidəki təlim-məşq toplanışını davam etdirir.
Fanat.az-ın məlumatına görə, yığmamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Millimiz Gürcüstanın U-17 komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.
Qeyd edək ki, komandalar arasında ikinci oyun iyunun 8-də baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər