"Lans"ın prezidenti Bakıya niyə gəlib?

"Lans"ın prezidenti Bakıya niyə gəlib?
Azərbaycanda I divizionda çıxış edən "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun işləri qaydasına düşmür. Fransada "Lans" klubunun səhmlərinə sahib olan Məmmədovun kifayət qədər iri məbləğdə borcu var.
Belə ki, 1993-cü ildə Rabbat Bank adı ilə açılan, daha sonra adı "Bank ov Azerbaycan" (Bank of Azerbaijan) olan qurumun 3 səhmdarı olub. Səhmlərin 43,63 faizi Hafiz Məmmədovun oğlanları Kənan və Sənana, 12,07 faizi isə qardaşı Mübarizə məxsus imiş. 2014-cü ilin mayında Hafiz Məmmədov ağır maliyyə durumuna görə bankın Müşahidə Şurasının sədri postundan uzaqlaşdırılıb. Onun yerinə millət vəkili Mahir Aslanovun oğlu Məhəmmədəli İdarə Heyətinin sədri olub. Bu bankın borcu 700 milyon dollar (645 milyon avro) dəyərləndirilib. Lakin ötən ilin aprelində Hafiz Məmmədov yenidən bankda sədr vəzifəsinə qayıdıb.
Hafiz Məmmədovun "Lans"ı alarkən əsas gəlir mənbəyi kimi göstərdiyi bank isə yanvarın 18-də öz lisenziyasını itirib. Fevralın 1-də isə 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi bankın rəsmən müflis olduğu elan edib. Əmanətlərin Sığortalanması Fondu isə artıq bu bankın hesabında olan əmanətlərin 18 milyon manat (10,3 milyon avro) həcmində kompensasiya olunacağını bəyan edib.
Məhz ötən həftə "Lans"ın prezidenti Jerve Martelin Bakıya gəlməsinin də səbəbi bu imiş. O, Hafiz Məmmədovun bankının müflis olmasından sonra klubunun da aqibətinə növbəti dəfə aydınlıq gətirmək istəyib. Martel Fransaya qayıtdıqdan sonra bu görüşün təfərrüatları haqda həftə ortası mətbuat konfransı keçirəcəyini bildirmişdi. Lakin Martel nədənsə Fransaya qayıtsa da, jurnalistlər önünə çıxmaqdan imtina edib.
Qeyd edək ki, yaxınlarda İspaniyanın "Atletiko" klubunun sahibi Miqel Anxel Xil Marinin "Lans"ı alacağı barədə xəbərlər yayılmışdı. Lakin sonradan Xil Marin verdiyi açıqlamasında bu klubu almaq istəmədiklərini, sadəcə Hafiz Məmmədovla dost olduqları üçün ona maddi baxımdan kömək edəcəklərini bildirmişdi.(Qaynar.info)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər