Türkiyədə Azərbaycan derbisi baş tutmadı

Türkiyədə Azərbaycan derbisi baş tutmadı
Türkiyənin PTT 1-ci Liqasında XIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor" Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor"la qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Usim Nduka meydana start heyətində çıxıb, 90 dəqiqə oynayıb və 72-ci dəqiqədə sarı vərəqə alıb. Andrey Popoviç "18-liy"ə düşməyib. Davud Kərimi isə ehtiyatda qalıb.
 
Qeyd edək ki, “Tavşanlı Linyitspor” 13 oyundan sonra 9 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Fəthiyespor" isə 6 xalla sonuncu - 19-cudu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər