2 veteran futbolçu bələdiyyə başqanı olmaq istəyir

2 veteran futbolçu bələdiyyə başqanı olmaq istəyir
Türkiyədə iki veteran futbtolçu bələdiyyə başqanı olmaq istəyir. Fanat.az xəbər verir ki, MHP və AKP veteran futbolçuların namizədliyini irəli sürüb.
Belə ki, Saffet Sancaklı MHP sıralarından seçkilərə qatılmaq qərarına gəlib. O, Kocaeli böyükşəhər bələdiyyə başqanlığına namizəddi.
Saffet Sancaklı karyerası ərzində "Beşiktaş", "Qalatasaray" və "Fənərbaxça"nın formasını geyinib, Türkiyə millisində 20 oyun keçirərək 6 qol vurub. 47 yaşlı veteran futbolçu karyerasını 1999-cu ildə "Konyaspor"da bitirib.
Tanju Çolak isə AKP-dən namizədliyini irəli sürüb. 49 yaşlı veteran futbolçu Urla bələdiyyə başqanı olmaq istəyir.
Tanju Çolak karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbaxça", "İstanbulspor"un formasını geyinib, Türkiyə yığmasında 31 oyun keçirərək 9 qola imza atıb. "Qalatasaray"dakı 107 oyununda 116 dəfə fərqlənən veteran futbolçu yaşıl meydanlarla 1994-cü ildə "İstanbulspor"da vidalaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər