"Yuventus" "Bayern Münhen"in mərkəz müdafiəçisi Matteys de Liqt üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Get German Football News" yayıb.
Münhen klubu "qoca sinyora"ya bu keçidə görə birbaşa 60 milyon avro və ümumi məbləği 10 milyon avrodan çox olan müxtəlif bonuslar ödəməyə hazır olsa da, İtaliya təmsilçisi almanlarla razılaşmayıb.
Mənbə "Yuventus"un 80 milyon avro istədiyini və tərəflərin danışıqları davam etdirəcəyini vurğulayıb.
Nihat