Yusuf Şimşək: "İzlədiyim başqa azərbaycanlılar var"

Yusuf Şimşək: "İzlədiyim başqa azərbaycanlılar var"
"Mahirlə çoxdan maraqlanırdıq. Onun oyunuyu çox izləmişəm və bizə xeyir verəcək futbolçu olduğunu düşündüyüm üçün rəhbərliyə təklifi verdim. Onlar da sağ olsunlar, məni dəstəklədilər və Mahirlə 2 illik müqavilə imzaladıq”. Fanat.az xəbər verir ki, bu sözləri Mahir Şükürovun müqavilə bağladığı “Karşıyaka” klubunun baş məşqçisi Yusuf Şimşək deyib.
Baş məşqçi bildirib ki, daha bir neçə azərbaycanlı futbolçu ilə maraqlansa da, bu mövsüm azərbaycanlılardan ancaq Mahirin xidmətindən istifadə edəcək: "Azərbaycanda izlədiyim başqa futbolçular da var idi. Ancaq, qapıçımızı da yeni transfer etdik və o da legionerdi. Ona görə də bu keçidlər alınmadı. Amma, həmin futbolçuları izləməyə davam edəcəm".
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər