"Azərbaycanda işlərim yaxşıdı. Özü də burda ruslara yaxşı münasibət əvvəlki kimi qalıb. Rus dilini əvvəlki kimi çoxları bilir. Buna rəğmən, komandada tərcüməçi var. Zərurət təqdirində o, məlumatı gənc oyunçulara çatdırır. Bax, cavanlar rus dilini tam bilmir". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
"Sport-Ekspress"ə danışan mütəxəssis Azərbaycanda nəticə qazanmağın asan olmadığını bildirib: "Nəticəyə nail olmaq hər yerdə elə də asa deyil. Əgər kimsə Azərbaycan çempionluğunu qazanmağı asan hesab edirsə, çox yanılır. Burada səviyyəli məşqçilər çalışır. Bax, yaxınlarda Con Toşak karyerasını başa vurdu. Onda heç nə alınmadı. Çünki Azərbaycan liqası kifayət qədər çətindi. 10 komanda 4 dövrədə yarışır. Bütün zəiflər ələnib. Asan oyunlar yoxdu. Liderlər köhnə liderlərdi - “Neftçi” və “Qarabağ”. Onlar hər il çempionluq yarışında rəqabət aparır. Hazırda biz bu birliyə girişmişik və hələlik onlarla bu mübarizədə tab gətiririk. Birinci pillədən bir xal geri qalırıq".
Fanat.az