Yozua Kimmix "Bayern Münhen"i bu kluba dəyişir

Yozua Kimmix "Bayern Münhen"i bu kluba dəyişir

"Bayern Münhen"dəki durumundan narazı olduğu, baş məşqçi Tomas Tuxellə münasibətləri pozulduğu deyilən və bu səbəbdən cari mövsümün sonunda iş yerini dəyişəcəyi bildirilən Yozua Kimmixin növbəti mövsümə harada başlamaq istədiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Kimmixin xidmətində PSJ maraqlıdır. Mənbə 29 yaşlı yarımmüdafiəçinin Paris klubuna keçmək variantına isti yanaşdığı vurğulanıb.

Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 25 oyuna çıxan Kimmix 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər