Yılmaz Vural yenə "Azərbaycan" dedi

Yılmaz Vural yenə "Azərbaycan" dedi
Yılmaz Vural yenidən Azərbaycandan təklif aldığını bildirib. Fanat.az xəbər verir ki, türek mütəxəssis ölkəmizlə yanaşı, bir çox ölkədən təklif alıdığını deyib: 
"İngiltərə mediasının və futbolsevərlərinin tanıdığı bir adama çevirildim. Ordakı çox önəmli mətbuat orqanlarında mənimlə bağlı xəbərlər çıxdı, şərhlər verildi. "Kardif Siti"yə gedişimin alınmamasına görə ölkəm üçün çox üzüldüm. Ölkə xaricindən təkliflər məni daha da ruhlandırır. Zaman-zaman Azərbaycandan, İrandan, İraqdan, Küveytdən, Qətərdən təkliflər alıram. Amma Avropanın 5 böyük çempionatı daha önəmlidi. Onlardan gələn təklifin mənası böyük olur. Hazırda Tayfun Korkut "Hannover 96"nı çalışdırır. Mənim "Kardif Siti"yə keçidim alınsaydı, birimiz Bundesliqada, birimiz Premyer Liqada olardıq. Bu türk futbolu adına böyük olay olardı".
Qeyd edək ki, dünən Yılmaz Vural "Rəvan"dan təklif aldığını, amma qəbul etmədiyini açıqlamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər