Yakub Jezniçak: "Çelsi"nin hücumçularını dayandırmağa çalışacam"

Yakub Jezniçak: "Çelsi"nin hücumçularını dayandırmağa çalışacam"

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdu. Qrupumuzda komandalar çox güclüdü, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda çempionumuz səfərdə “Çelsi” ilə qarşılaşacaq. Matçdan öncə keçirilmiş mətbuat konfransında qısa açıqlama verən polşalı müdafiəçi fikirlərini bölüşüb: 

“Rəqibin hücumçusu Alvaro Morata “Real”da çıxış edərkən ona qarşı oynamışam. “Çelsi”nin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər