“Transfer ediləcək hər futbolçunun gücümüzə güc qatacağına inanıram. Heyətdə ciddi problemlər yoxdu, ancaq yenilər məşqçilər korpusunun seçim imkanını daha da genişləndirəcək”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı yarımmüdafiəçii Çumbinyo deyib.
Orta xətt oyunçusu daha sonra əlavə edib: “Yunanıstanda 5 il oynamışam. Əminliklə deyə bilərəm ki, azərbaycanlı futbolçular Yunanıstan və başqa Avropa liqalarında oynayacaq səviyyədədi. Yerli çempionat yetərincə maraqlı və rəqabətlidi. Bu mövsüm çempion olmaq üçün yaxşı şanslarımız var. Liderliyimizi qorumaq üçün mübarizə aparacağıq”.
Cənubi amerikalı Azərbaycanda darıxması, Yunanıstana qayıdacağı ilə bağlı yayılan informasiyaları əsassız adlandırıb: “Müəyyən zədəm var idi. Bu üzdən məşqlərə bir neçə gün gec qoşuldum. Burda darıxmağımla bağlı Yunanıstan mətbuatının yazdığı isə ağ yalandı. Onlar belə xəbərlər yaymağı çox sevir. 5 il müddətində yunan jurnalistləri yaxından tanımaq imkanım olub”.
Fanat.az