Avropa Liqasının birinci təsnifat mərhələsinin dünən baş tutan cavab oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyinə təsir göstərməyib.Fanat.az xəbər verir ki, ölkəmiz siyahıda əvvəlki yerində qalıb.Dünən avrokuboklardakı təmsilçilərimizdən ikisi növbəti oyununu keçirdi. Avroliqada mübarizə aparan "Qəbələ" səfərdə Bosniya və Hersoqovina "Şiroki Briyeq"inə məğlub oldu - 0:3. “İnter” isə doğma meydanda Moldova “Tiraspol”una 3:1 hesabıyla qalib gəldi.“İnter”in bu qələbəsi ölkəmizin “ehtiyatını” zənginləşdirib. "Bankirlər" ölkəmizə 0,250 əmsal qazandırdı.Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9.375 əmsal var ki, onun da 0,500-ü cari mövsümdə qazanılıb. Bu, "İnter"in "Tiraspol" üzərindəki qələbələri sayəsində reallaşıb.Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal gətirir. Heç-heçə isə sadəcə, 0,125 verir. Qrup mərhələsində bərabərlik 0.250, qələbə 0.500 əmsalla qiymətləndirilir. Fanat.az
UEFA reytinqini açıqladı: Azərbaycan yerində qaldı
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"