UEFA reytinqi açıqladı - millimiz 2 pillə irəlilədi

UEFA reytinqi açıqladı - millimiz 2 pillə irəlilədi

Milli komandaların UEFA reytinqi açıqlanıb. Fanat.Az xəbər verir ki, 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb.

 

DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.

 

DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiyadan qolsuz bərabərliklə dönən komandamız xal hesabını 16 871-ə çatdırıb. Belə xal artımı Robert Prosineçkinin yetirmələrinin 38-ci yerə yüksəlməsi üçün yetərli olub. Komandamız ötən aykı 40-cı pilləni 2 addım yaxşılaşdırıb. Millimiz Belarus və Kipri arxada qoymağı bacarıb.

 

Cədvəlin lideri də dəyişib. Rusiya 4 pillə geriləyərək, 5-ci yerə düşüb. Əvəzində yığmamızın rəqibi olan Almaniya zirvəni ələ keçirib. Ön sıralardakı Fransa, Belçika və Portuqaliya da irəliləməyə nail olublar.

 

Ən böyük inkişafa isə İsrail, İsveç, Monteneqro, İrlandiya və Farer adaları imza atıb. Bu komandalar hərəyə 4 addım irəliləyib. Danimarka 6, Şotlandiya ilə Çexiya 5, Rusiya 4 pillə geriləməklə ən çox ziyana düşənlər olub.

 

Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1 pillə irəliləyibsə, Şimali İrlandiya və San-Marino mövqeyində qalıb. Komandamızın oktyabr “qurban”ları Norveç 1, Çexiya 5 pillə aşağı yuvarlanıb. (apasport.az)

 

Milli komandaların UEFA reytinqi

yerötən aykomandaəmsal
12Almaniya31726
23Fransa30048
34Belçika30042
45Portuqaliya29895
51Rusiya29258
66İspaniya28450
77İngiltərə28390
88İtaliya27826
99İsveçrə27546
1012Xorvatiya25859
1113Polşa25542
1214İslandiya25035
1310Avstriya24978
1411Uels24409
1515Hollandiya23725
1616Bosniya H.23640
1717Ukrayna23466
1822İsveç23426
1923İrlandiya23389
2020Rumıniya22917
2118Macarıstan22906
2221Slovakiya22374
2325Albaniya21710
2419Çexiya21627
2424Türkiyə21277
2629Sloveniya21067
2727Ş.İrlandiya20947
2831Yunanıstan20851
2933İsrail20492
3034Monteneqro20271
3130Norveç20167
3226Danimarka19991
3328Şotlandiya19981
3436Serbiya19126
3532Bolqarıstan18091
3637Litva18001
3735Finlandiya17341
3840AZƏRBAYCAN16781
3941Estoniya16300
4039Belarus15908
4138Kipr15531
4242Gürcüstan15003
4343Latviya14381
4448Farer adaları13650
4545Qazaxıstan13331
4644Ermənistan13225
4746Makedoniya12611
4849Lüksemburq12551
4947Moldova12530
5050Lixtenşteyn11490
5152Malta10750
5251Kosovo10550
5353San-Marino9010
5454Andorra8900
5555Cəbəllütariq8325

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər