UEFA "Bayern Münhen"ə Çempionlar Liqası matçlarına qırmızı formada çıxmağı qadağan edib. Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb. Xəbərə görə, Almaniya nəhənginin növbəti rəqibi "Seltik"in geyim rənglərinin yaşıl olmasına baxmayaraq, Vinsent Kompaninin yetirmələri yarış üçün sifariş verdiyi ev formasında oynaya bilməyəcək. Qitə futbol qurumu bunu "Bayern"in bu mövsümkü ev formasının azarkeşlər üçün kifayət qədər kontrast yaratmaması (qırmızı formanın üzərində qara hərflərin əks olunması) ilə əlaqələndirib. Münhenlilər yalnız formaların üzərindəki nömrələrin rənglərini dəyişdirsə, qırmızı geyimdən istifadə edə biləcək. Xatırladaq ki, Çempionlar Liqasının 1/16 final mərhələsinin “Bayern” – “Seltik” oyunu sabah, fevralın 12-də keçiriləcək. Mirağa
UEFA "Bayern Münhen"ə qadağa qoydu - ÇL-də bunu edə bilməyəcək
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı