UEFA Ermənistanla Azərbaycanı necə ayırdı?

UEFA Ermənistanla Azərbaycanı necə ayırdı?

Bu gün AVRO-2016-nın seçmə mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Fransanın Nitsa şəhərində baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

UEFA əvvəlcədən elan etdiyi kimi siyasi səbəblərə görə Azərbaycanla Ermənistanı, həmçinin İspaniya və Cəbəllütariqi eyni qrupa salmayıb.

Lakin püşk zamanı maraqlı mənzərə ortaya çıxıb. Belə ki, sonuncu səbətdəki komandalar qrupa bölünərkən İspaniyanın yer aldığı C qrupunun komandası çıxarılan zaman Cəbəllütariq çıxıb. Bu səbəbdən UEFA bu komandanı İspaniyanın yer aldığı qrupa yox, D qrupuna salıb.

Azərbaycan və Ermənistan yığmaları ilə bağlı da eyni vəziyyət yaranıb. Belə ki, 4-cü səbətdən millimizin yer aldığı H qrupunun komandası müəyyənləşərkən sadəcə iki yığma qalıb - Bolqarıstan və Ermənistan. Püşk H qrupu üçün Ermənistanı çıxarıb. Lakin UEFA bu komandanı I qrupuna salaraq, millimizi Bolqarıstana rəqib edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər