"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Almaniya Kubokunun 1/4 finalında "Frayburq"a uduzaraq (1:2) mübarizəni dayandıran komandasının məğlubiyyətini şərh edib.
Fanat.Az xəbər verir ki, "Bayern&Germany" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Frayburq"un qapımıza vurduğu hər iki zərbə qolla nəticələndi. Onların başqa qol epizodu yaxaladığını xatırlamıram. Biz isə çoxsaylı imkanlarımızı dəyərləndirə bilmədik. Gah düzgün qərar çatmadı, gah dəqiqlik, gah da son ötürmə.
Rəqib çox dərin müdafiə olunurdu. Bu səbəbdən onlara daha çox təzyiq edə bilmədik. Halbiki hesabda öndə olduğumuz zaman iki-üç qol imkanı yaratmışdıq. Tomas Müllerin yaxaladığı imkan xüsusi vurğulanmalıdır. Öz meydanında uduzaraq mübarizəni dayandırmaq çox üzücüdür.
Biz birlikdə qələbə qazanır, birlikdə məğlub oluruq. Düzdür, komandaya yeni gəlmişəm, amma yenilgiyə görə məsuliyyət daşıyıram. Nəyi düz etmədiyimizi müəyyənləşdirəcək və növbəti matça hazırlaşacağıq".
Nihat