Tuğrul Erat: "Azərbaycan yığmasında ləhcə ilə danışırlar"

Tuğrul Erat: "Azərbaycan yığmasında ləhcə ilə danışırlar"
"Azərbaycan U-21-nin baş məşqçisi Bernhard Lippert və "Fortuna"nın ikinci komandasının məşqçisi Taşkın Aksoy köhnə dostlardı. Lippert hücumameylli oyunçu axtarırdı. Söhbət əsnasında məndən söz düşüb. Müraciətdən sonra valideynlərimlə aldığım təklif haqda məsləhətləşdim və qəbul etdim. U-21-in heyətində dörd oyuna üç qol vura və iki qol ötürməsi edə bildim. Bir qayda olaraq, komandada mənimlə türkcə danışırlar. Əlbəttə, müəyyən ləhcə ilə". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Erat deyib.
Futbolçumuz "Fortuna"nın əsas heyətinə cəlb olunmasından danışıb: "Məşqçi Oliver Rek mənə həmin vaxt dedi ki, ilin axırına qədər əsas komandada oynaya bilərsən. Çox xoşbəxt olsam da, həyəcanlı idim. "Kayzerslautern"lə ilk oyunuma gələndə məşqin gedişində həyəcandan qarnım sancırdı. Ancaq iş oyuna çatanda, artıq əsəb yox oldu. Bu zaman sadəcə, bacardığımı edirdim və xoşbəxt idim ki, onda qalib gələ bildik".
Ertaq "Fortuna" ilə müqaviləsini uzatmaq üçün danışıqlar apardığını bildirib: "2009-cu ildən Düsseldorfdayam. Bu müddət ərzində əsas komandaya yüksələ bilmişəm. Mövsümün sonuna qədər klubla ilə müqaviləm var. Hazırda yeni müqavilə ilə bağlı müzakirələr gedir. Menecerim Helmut Şulte danışıqlarda iştirak edir. Məsələ açıq olaraq qalır, görək, hər şey necə inkişaf edəcək. Hər şeydən öncə, zədələrdən qaçmaq və əsas heyətdə mümkün qədər çox oynamaq istəyirəm. Meydanda neçə dəqiqə keçirməyim vacib deyil. Sadəcə, uğur qazanmaq və inkişaf etmək arzusundayam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər