Türkiyədə hər mövsümdən öncə hazırlıq məqsədi ilə düzənlənən Cumhuriyyət Kuboku bu il 16-cı dəfə düzənlənəcək. Fanat.az xəbər verir ki, bu dəfəki yarışa futbolçularımızın çıxış etdiyi iki klub dəfət alıb.
Belə ki, Cihan Özkaranın forma geyindiyi "Sivasspor"la Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" turnirdə iştirak edəcək. Onlarla yanaşı, "Mersin İdman Yurdu" və "Adana Dəmirspor" da yarışa dəvət edilib.
Qarşılaşmalar 22-23 avqust tarixlərində "Sivas 4 Eylül" stadionunda keçiriləcək. Ayın 22-də yarımfinal oyunları baş tutacaq. Bakı vaxtı ilə saat 19.30-da "Sivasspor" - "Qaziantep BB", 20.00-da "Mersin İdman Yurdu" - "Adana Dəmirspor" görüşləri oynanılacaq. Avqustun 23-də isə 3-cü yer uğrunda matç və final baş tutacaq.
Fanat.az