Türkiyə Super Liqası: "Fənərbağça" səfərdə güldü, "Göztəpə" evdə coşdu

Türkiyə Super Liqası: "Fənərbağça" səfərdə güldü, "Göztəpə" evdə coşdu

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. 

“Göztəpə” öz meydanında “Kasımpaşa”nı 5 cavabsız qolla məğlub edib. “Konyaspor”un qonağı olan “Fənərbağça” da turu qələbə ilə bitirib.

Hazırda 50 xalı olan “Qalatatasaray” vahid liderdir. “Fənərbağça” 42 xalla ikinci, “Samsunspor” 36 xalla üçüncü, “Göztəpə” 31 xalla dördüncüdür. “Eyüpspor”la “Beşiktaş” 30, “Başakşəhər” 26, “Qaziantep” 25, “Rizəspor” 24, “Trabzonspor” və “Alanyaspor” 22 xal toplayıblar.

Türkiyə Super Liqası 19-cu tur 11 yanvar

Kayserispor - Samsunspor 0:1 Qol: Marius, 1.

Hatayspor - Rizəspor 1:2 Qollar: Butobba, 23 - Diak, 11-öz qapısına. Qezzal, 63.

Beşiktaş - Bodrumspor 2:1 Qollar: Ndour, 32. İmmobile, 40 - Puşkas, 90+4.

12 yanvar

Sivasspor – Alanyaspor 1:1 Qollar: Koita, 29 – Kordova, 56.

Trabzonspor – Antalyaspor 5:0 Qollar: Banza, 21. Malyero, 52; 64; 87. Çam, 70.

Başakşəhər – Qalatasaray 1:2 Qollar: Pyontek, 53 – B.A.Yılmaz, 42; 59.

Qaziantep – Adana Dəmirspor 1:0 Qol: Okereke, 4.

13 yanvar 

Göztəpə – Kasımpaşa 5:0 Qollar: Tiyaniç, 7. Juan Santos, 53. Romulo, 78. Viktor Huqo, 86. Köybaşı, 90+3.

Konyaspor – Fənərbağça 2:3 Qollar: Pedrinyo, 1. Kramer, 44 – Müldür, 14. Söyüncü, 25. Tadiç, 60.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər