Türk futbolçu yenidən Fransa çempionatında

Türk futbolçu yenidən Fransa çempionatında
Türkiyə millisinin üzvü Mevlüt Erdinçin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, 28 yaşlı forvard yenidən Fransa çempionatında çıxış edəcək.
Belə ki, Mevlüt "Hannover 96"dan "Genqam"a keçib. Almanlar onu mövsümün sonunadək Fransa klubuna icarəyə verib.
Türk futbolçu yenidən Fransa çempionatında
Qeyd edək ki, Mevlüt yayda transfer olunduğu "Hannover 96"nın heyətində 13 rəsmi matça çıxıb. O, əvvəllər Fransanın "Soşo", PSJ, "Renn" və "Sent-Etyen" klublarında çıxış edib. O, Fransanın U-17 və U-19 yığmalarında oynadıqdan sonra Türkiyə millisinə üz tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər