AZAL-ı tərk edəcək daha bir futbolçunun adı müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Ayltonun xidmətindən imtina etmək niyyətindədi. Baş məşqçi onun oyunundan narazı qalıb. Bu səbəbdən braziliyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti artırılmayacaq.
Qeyd edək ki, Aylton AZAL-a 2011/12 mövsümündə Macarıstanın "Ferençvaroş" klubundan transfer olunmuşdu. O, Premyer Liqada 52, Azərbaycan Kubokunda 2 oyun keçirib.
Fanat.az