Təmsilçimiz Çempionlar Liqasında ilk matçını keçirdi

Təmsilçimiz Çempionlar Liqasında ilk matçını keçirdi

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən "Aznur" komandası ilk matçını keçirib.

Fanat.Az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupunda Polşa təmsilçisi "Sokil"lə üz-üzə gəlib.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Aznur" qrupda Polşa təmsilçisi ilə yanaşı, "The Private Rooftop" (Macarıstan) və "Bukovina Badeuti" (İngiltərə) ilə mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər