Tacikistan və Əfqanıstan yığmaları mayın 4-də Düşənbədə yoldaşlıq oyunu keçiriləcək. Fanat.az Tacikistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Muhsin Mühəmmədiyev bu oyuna 23 futbolçunu dəvət edib.
Onlardan biri hazırda Azərbaycanda çıxış edir. Belə ki, AZAL-ın hücumçusu Axtam Xamrokulov Əfqanıstanla oyuna çağırılıb.
Federasiyanın rəsmi saytı “Qəbələ”nin müdafiəçisi Davronjon Erqaşevin yığmaya çağırılmamasının səbəbini də açıqlayıb. Buna səbəb kimi həmin dövrdə Azərbaycan Premyer Liqasının oyunlarının olmasını göstərib. Halbuki, "Qəbələ" ilə eyni gündə (2 may) AZAL da meydana çıxacaq.
Fanat.az