Rusiyanın "Mordoviya" klubu ilə müqavilə imzalayan "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin yerli mətbuata müsahibəsində Azərbaycan Premyer Liqasından da danışıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"Qəbələ"dəki fəaliyyətim çox müsbət bir təcrübə oldu. Bu klubdakı işimdən mənə ən xoş təəssüratlar qaldı. Həm klub rəhbərliyi, həm oyunçular, həm orada olanlar hamısı məndə xoş təəssüratlar yaradır". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin deyib.
Dünən Rusiyanın "Mordoviya" klubu ilə müqavilə bağlayan mütəxəssis "Qəbələ" barədə xoş sözlər deyib: "Onlar işlərinin öhdəsindən çox yaxşı gəldilər. Klubun infrastrukturundan tutmuş insanlara qədər hər şey xoş sözlərə layiqdi. İnsanlar bizə, xüsusən də mənə qarşı çox yaxşı davranırdılar. Orada əcnəbi olduğumuzdan, mənə qarşı çox yaxşı münasibət göstərirdilər".
Syomin Azərbaycan çempionatını tərifləyib: "Fikrimcə, Azərbaycan çempionatının yaxşı gələcəyi var. Çünki klubların rəhbərləri maliyyə planında kifayət qədər imkanlıdılar. Onlar məmnuniyyətlə həm infrastruktura, həm də futbola pul yatırırlar. Əlbəttə, Azərbaycan Premyer Liqası Rusiya və Ukrayna çempionatları deyil, amma düşünürəm ki, bizim regionda bu iki çempionatdan sonra üçüncü birincilikdi. Azərbaycanda çıxış edən futbolçulardan Rusiya çempionatında oynaya biləcək oyunçular çoxdu".
Fanat.az