Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç baş tutub.
“Rizəspor” öz meydanında “Adana Dəmirspor”a uduzub. "Göztəpə" İzmir derbisində “Altay”a yenilib.
“Qalatasaray” səfərdə “Alanyaspor”la, “Beşiktaş” isə İstanbulda “Antalyaspor”la qarşılaşıb. İstanbul təmsilçiləri turu 1 xalla başa vurublar. Türkiyə Super Liqası 24-cü tur
6 fevral Alanyaspor – Qalatasaray 1:1 Qollar: Eduardo, 39 – Aktürkoğlu, 41. Rizəspor – Adana Dəmirspor 1:3 Qol: Sarı, 80 – Byarnason, 27. Balotelli, 33; 71. Beşiktaş – Antalyaspor 0:0 Göztəpə – Altay 0:2 Qollar: Kadah, 42. Tasiano, 49.
5 fevral Qaziantep – Sivasspor 5:1 Qollar: Djilobodji, 6; 41. M.Dəmir, 12. Maksim, 70-pen. F.Soyalp, 76 – Qotas, 29. Trabzonspor – Kasımpaşa 1:0 Qol: Vişça, 6. Fatih Karagümrük – Yeni Malatyaspor 1:0 Qol: Dursun, 63. Fənərbağça – Başakşəhər 0:1 Qol: Özcan, 61.
4 fevral Konyaspor – Girəsunspor 1:0 Qol: Byutyuqi, 65. Kayserispor – Hatayspor 4:3 Qollar: Akdağ, 25-pen. Mane, 49. Bassan, 61. Dəmirok, 68 – Luis, 51. Falette, 70. Kurucuk, 90+4.