"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin komandanı tərk edəcəyi barədə xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, holland ulduzun qışda "Çelsi"yə keçəcəyi iddia olunur.
İspaniya mətbuatının məlumatına görə, Joze Mourinyo Sneyderi komandasında görmək istəyir. Məlumatda həmçinin qeyd olunur ki, "Qalatasaray" bu transferdən təxminən 15 milyon avro qazanacaq.
Deyilənə görə, Sneyderin "Qalatasaray"dan ayrılmaq isətəməsinin iki səbəbi var. Bunlardan biri Mourinyo amilidi. Portuqaliyalı mütəxəssisin "İnter"də rəhbərliyi altında oynayan holland futbolçunu israrla istəməsi onun qərarına təsir edib. İkinci səbəb isə Hollandiya millisinin baş məşqçisi Luis Van Qaaldı. Baş məşqçi DÇ-dən öncə Sneyderin daha güclü çempionatda oynayaraq hazır vəziyyətə gəlməsini istəyir. İddiaya görə Van Qaal özü birbaşa Sneyderin "Çelsi"yə keçməsinə vasitəçilik edir.
Fanat.az