Uesli Sneyder "Çelsi"yə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın holland futbolçusu İngiltərə mətbuatının yaydığı məlumatları təkzib edib.
"Tez-tez adımın belə xəbərlərdə hallanmasının səbəbini anlamıram. Mən bütün gücümlə oynamağa çalışıram. "Qalatasaray"da xoşbəxtəm və getmək barədə düşünmırəm", deyə Sneyder bildirib.
Fanat.az