"Yaxşı komandanız varsa, böyük turnirlərə gedə bilərsiz. Rusiyaya qarşı matçınızı izlədim. Yaxşı komandanız var. Amma daha artığı lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri Antalyada azərbaycanlı jurnalistlərə "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç deyib.
Xorvat mütəxəssis Joze Mourinyonun belə Azərbaycanı böyük turnirlərə apara bilməyəcəyini bildirib: "Rusiya və Portuqaliya kimi komandalarla mübarizə apara bilməyiniz vacibdi. Hazırkı Azərbaycan millisi isə mücadilə edə bilmir. Yaxşı nəticələr üçün pul və istək bəs etmir. Bu Berti Foqtsla bağlı olan vəziyyət də deyil. İndiki halda Mourinyo belə gəlsə, Azərbaycanı böyük turnirə apara bilməz".
Biliç Foqtsun onun oyununu izlədiyini qeyd edib: "Foqtsla bir dəfə danışmışıq. Rusiyada "Lokomotiv"i çalışdırdığım zaman oyunlarımı izləyib. Mənə "möhtəşəm komandan var" dedi".
Fanat.az