Serbiya və Çexiya yığmaları Bakıda “sülh bağladılar”

Serbiya və Çexiya yığmaları Bakıda “sülh bağladılar”

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan Serbiya və Çexiya yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.

Dörd qolun qeydə alındığı bu qarşılaşma qalib müəyyənləşməyib – 2:2.

Bu gün A qrupu çərçivəsində Azərbaycan – İtaliya matçı da keçiriləcək. B qrupunda isə Türkiyə və Fransa yığmaları üz-üzə gələcəklər.

Günün əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Türkiyə - Ukrayna 2:3 İtaliya – Gürcüstan – 2:4 Qazaxıstan – Cənubi Afrika 5:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər