Serbiya millisində baş məşqçi istefası

Serbiya millisində baş məşqçi istefası

Serbiya millisinin baş məşqçisi Radovan Çurçiç istefa verib.

Qol.az-ın Serbiya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, R.Çurçiç 2014-cü ilin noyabrından Serbiya millisində baş məşqçilik edirdi. Onun komandası "Avro-2016"nın seçmə mərhələsində qrupu 4-cü pillədə tamamladığı üçün finala vəsiqə qazana bilməmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər