Serbiyanın "Voyvodina" klubunun futbolçusu Enver Alivodiç Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə serb yarımmüdafiəçi özü məlumat verib.
30 yaşlı futbolçu Azərbaycanla yanaşı, Qazaxıstan və Türkiyədən də təkliflər aldığını bildirib: "Özümü yaxşı tərəfdən göstərməyimin nəticəsidir ki, müxtəlif klubların maarq dairəsinə düşmüşəm. Türkiyə, Azərbaycan və Qazaxıstan klubları da məni öz heyətində görmək istəyir. Lakin mən yalnız "Voyvodina" haqda düşünürəm. Heç nəyə görə mühitimi dəyişmək istəmirəm".
Qeyd edək ki, Alivodiç 2013-cü ildə keçdiyi "Voyvodina"da 42 oyun keçirib və 12 qol vurub. O, əvvəllər Serbiyanın "Novi Pazar", "Radniçki", "Çukariçki", "BSK Bortsa" və Cənubi Kiprin "Enosis" klublarında çıxış edib.
Fanat.az