Şəmkirdə tarixi futbol matçı: Dünyası yığması Azərbaycana qarşı

Şəmkirdə tarixi futbol matçı: Dünyası yığması Azərbaycana qarşı
"Shamkir Chess 2014" turnirinin istirahət günündə təşkilatçılar şahmatçılar arasında futbol matçı keçirməyi planlaşdırır. Fanat.az xəbər verir ki, yoldaşlıq matçında 3 komandanın iştirak edəcəyi gözlənilir. 
Əcnəbi şahmatçılardan ibarət komanda dünya yığmasında mübarizə aparacaq. Dünya yığmasının heyətində dünya çempionu Maqnus Karlsen, Hikaru Nakamura, Sergey Karyakin, Aleksandr Motılyov, Fabiano Karuana və digərləri iştirak edəcək. 
Azərbaycan şahmatçıları milli komandanın heyətində yer alacaq. Yığmamızın şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abbasov və digərləri qoruyacaq. 
Daha bir komandada isə jurnalistlər, şərhçilər və digər şəxslər yer alacaq. Maraqlı futbol matçı aprelin 25-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər