“Səbail”in futbolçusu Gürcüstan millisində

“Səbail”in futbolçusu Gürcüstan millisində

“Səbail”in gürcüstanlı legioneri Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi "Facebook" səhifəsindən açıqlama yayıb.

 

Bildirilib ki, yığmanın baş məşqçisi Georgi Gequçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə Premyer Liqamızın debütantının gənc müdafiəçisinin də adı var.

 

Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burcanadze adına stadionda keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər