"Çelsi" "Anji"də forma geyən digər bir hücumçu Samuel Eto ilə razılığa gəlib. Fanat.az xəbər verir ki, London təmsilçisi kamerunlu futbolçu ilə bir illik müqavilə imzalayacaq.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumatda futbolçunun bu gün həkim müayinəsindən keçəcəyi və müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, "Çelsi"nin Eto üçün "Anji"yə 5 mln. funt-sterlinq ödəyəcəyi açıqlanıb.