Sadio Mane rəsmən "Bayern Münhen"də

Sadio Mane rəsmən "Bayern Münhen"də

"Bayern Münhen" rəsmi saytı vasitəsi ilə "Liverpul"un hücumçusu Sadio Maneni heyətə qatdığını bəyan edib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu müddəti 2025-ci ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb.

Münhen təmsilçisinin prezidenti Herbert Hayner Manenin transferi ilə bağlı belə danışıb: "Mane dünya ulduzudur. Onun heyətə qatılması "Bayern"in cazibəsini artıracaq və Bundesliqanın nüfuzuna müsbət təsit göstərəcək. Azarkeşlər tribunalara belə ulduzların çıxışını izləmək üçün toplaşırlar".

Sadio Mane rəsmən "Bayern Münhen"də

Xatırladaq ki, Mane 2016-cı ildən formasını geyindiyi "Liverpul"da ümumilikdə 269 matça çıxıb. Bu qarşılaşmalarda 120 qol vuran seneqallı 48 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər