"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Romaya gedir. Aut.az-ın əldə etdiyi məlumata görə, futbolçu İtaliyanın paytaхtında həkim müayinəsindən keçəcək.
Ruslanın durumuna bundan sonra aydınlıq gələcək. Həkimlər cərrahiyyə əməliyyatına ehtiyac duysa, əməliyyat olunacaq. Əks halda isə müalicə ediləcək.
Qeyd edək ki, Ruslan ötən ilin oktyabrında ağır zədə almışdı.
Fanat.az