Milli komandamızın bu gün yoldaşlıq oyunu keçirəcəyi Rusiya yığmasının dəyəri müəyyənləşib. Fanat.az xəbər verir ki, "Transfermarkt" saytı rəqibimizə 179 milyon 550 min avro qiymət qoyub.
Rusiyanın ən dəyərli oyunçusu Alan Caqoyevdi. ÇSKA-nın yarımmüdafiəçisinin 23 milyon avro qiyməti var. Onu ÇSKA-nın başqa bir üzvü - qapıçı İqor Akinfeyev izləyir - 20 milyon avro. İlk "üçlüy"ü Aleksandr Kokorin qapayır. "Dinamo"nun forvardına 18 milyon avro qiyməti var.
Milli komandamızdan imtina edərək Rusiya yığmasını seçən Aleksandr Səmədov da ən bahalılar siyahısındadı. Onun dəyəri 10 avrodu.
Qeyd edək ki, "Transfermarkt" millimizin heyətində Moskvaya getmiş 22 futbolçuya 6 milyon 800 min avro qiymət qoyub. Bu isə Rusiyanın yığmamızdan 172 milyon 750 min avro baha olması deməkdi.
| № | Futbolçu | Dəyəri (avro) |
| 1 | Alan Caqoyev | 23.000.000 |
| 2 | İqor Akinfeyev | 20.000.000 |
| 3 | Aleksandr Kokorin | 18.000.000 |
| 4 | İqor Denisov | 14.000.000 |
| 5 | Dmitri Kombarov | 11.000.000 |
| 6 | Denis Qluşakov | 10.000.000 |
| 7 | Aleksandr Səmədov | 10.000.000 |
| 8 | Viktor Fayzulin | 9.000.000 |
| 9 | Yuri Jirkov | 8.000.000 |
| 10 | Aleksey Kozlov | 7.000.000 |
| 11 | Aleksandr Kerjakov | 7.000.000 |
| 12 | Vasili Berezutski | 6.000.000 |
| 13 | Oleq Şatov | 6.000.000 |
| 14 | Vladimir Qranat | 5.000.000 |
| 15 | Yuri Lodiqin | 5.000.000 |
| 16 | Sergey Rıjikov | 4.500.000 |
| 17 | Georgi Şennikov | 4.000.000 |
| 18 | Aleksey İonov | 4.000.000 |
| 19 | Andrey Yeşçenko | 3.600.000 |
| 20 | Sergey İqnaşeviç | 2.000.000 |
| 21 | Maksim Kanunnikov | 1.800.000 |
| 22 | Andrey Semyonov | 400.000 |
| 23 | Pavel Moqilevets | 250.000 |
Fanat.az