Rusiya - Azərbaycan matçını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, sentyabrın 3-də "Ximki Arena"da baş tutacaq yoldaşlıq oyununu özbək hakimlər idarə edəcək.
Qarşılaşmanın baş hakimi Rövşən İrmatov olacaq. Ona həmyerliləri - Əbdulxamidullo Rəsulov və Alişer Usmanov kömək edəcək.
Qeyd edək ki, özbək referi DÇ-2010 və DÇ-2014-ün final mərhələlərində 9 matç idarə edib.
Fanat.az