Rusiya və Azərbaycan komandaları arasında təşkil olunacaq beynəlxalq yoldaşlıq oyununun stadionu müəyyənləşib. Fanat.az xəbər verir ki, sentyabrın 3-də baş tutacaq qarşılaşmaya "Ximki Arena" ev sahibliyi edəcək.
Qeyd edək ki, "Ximki Arena" 2008-ci ilin 20 sentyabrında istifadəyə verilib. Arenanın azarkeş tutumu 18636 nəfərdi. Moskvanın ÇSKA və "Dinamo" klubları ev oyunlarını bu stadionda keçirir.
Fanat.az