Sentyabrın 3-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) Moskva şəhərindəki "Ximki Arena"da Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu futbolsevərlərə canlı yayımla təqdim olunacaq. Fanat.az xəbər verir ki, Avropa çempionatının seçmə tsikli öncəsi yığmamızın son yoxlama qarşılaşması "İdman Azərbaycan" televiziya kanalı ilə mavi ekrana gətiriləcək.
Qeyd edək ki, millimiz seçmə tsiklə Bolqarıstana qarşı ev oyunu ilə start verəcək.
Fanat.az