Rusiya - Azərbaycan: 5-ci qarşılaşma

Rusiya - Azərbaycan: 5-ci qarşılaşma
Milli komandamız Rusiya yığması ilə yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, oyun sentyabrın 3-də Moskva şəhərində baş tutacaq.
Bu qarşılaşma komandalar arasında 5-ci görüş olacaq. Azərbaycan və Rusiya yığmaları DÇ-2010 və DÇ-2014-ün seçmə mərhələlərində qarşılaşıb.
DÇ-2010-un seçmə mərhələsindəki ilk qarşılaşmada ruslar 2:0 hesablı qələbə qazanıb. Cavab matçı 1:1 hesabı ilə yekunlaşıb. 4 il sonrakı mundialın seçmə mərhələsinin ilk matçında Rusiya 1:0-a sevinib. Yenə cavab qarşılaşması heç-heçə yekunlaşıb - 1:1. 
DÇ-2010
Seçmə mərhələ
28.03.2009
Rusiya - Azərbaycan 2:0
Qollar: Roman Pavlyuçenko, 32. Konstantin Zıryanov, 71.
Moskva. "Lujniki" stadionu. 
14.10.2009
Azərbaycan - Rusiya 1:1
Qollar: Vaqif Cavadov, 54 - Andrey Arşavin, 13.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 
DÇ-2014
Seçmə mərhələ
16.10.2012
Rusiya - Azərbaycan 1:0
Qol: Roman Şirokov, 84-pen.
Moskva. “Lujniki” stadionu. 
16.10.2013
Azərbaycan - Rusiya 1:1 
Qollar: Vaqif Cavadov, 90 - Roman Şirokov, 16.
Qırmızı vərəqə: Maksim Medvedev, 73.
Bakı. "Bakcell Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər