Rumıniyanın “Braşov” klubunun hücumçusu Andrey Kristya karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Həmkarlarımız iddia edib ki, forvard Azərbaycan, Rumıniya və Almaniya klublarından təklif alıb. "Braşov"da 4 aydan artıqdı maaşını ala bilməyən futbolçu Rumıniya Peşəkar Futbol Liqasına müraciət edib. O, azad agent statusu alaraq, başqa kluba keçmək istəyir.
Qeyd edə ki, Andrey başa çatan mövsümdə Rumıniya Liqa 1-də 29 oyuna çıxıb və 8 qol vurub. O, komandanın ən məhsuldar oyunçusu olub. Kristya əvvəllər Rumıniyanın "Bakau", "Styaua", "Timişoara", "Politexnika" (İaşi), "Dinamo" (Buxarest) və Almaniyanın "Karlsruher" klublarında çıxış edib.
Hücumçu Rumıniya millisinin də formasını geyinib. 2003-2006-cı illərdə U-21-də 14 oyun keçirən hücumçu 2010-cu ildən A milliyə çağırılır. Bu müddətdə o, 10 oyuna çıxıb.
Fanat.az