Rumıniya iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarında 147 atletlə təmsil olunacaq.
Fanat.az Rumıniyanın milli informasiya agentliyi AGERPRES-ə istinadən xəbər verir ki, Rumıniya Milli Olimpiya və İdman Komitəsinin məlumatına əsasən bu ölkə I Avropa Oyunlarında 20-dən artıq idman növündə çıxış edən 83-ü kişi, 64-ü qadın olmaqla, ümumilikdə 147 atletlə təmsil olunacaq.
Rumıniyanın I Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Aleksandru Epurandı.
Fanat.az