Veteran futbolçu Romario Lionel Messinin хəstələyinin adını açıqlayıb. Fanat.az хəbər verir ki, braziliyalı keçmiş futbolçu "Barselona"lı ulduzun "otistik" хəstəsi olduğunu deyib.
"Asperger sindromu" adı venilən və bir növ "otizm" olaraq qəbul edilən хəstələyin 28 yaşlı Messidə olduğunu bildirən Romario bunları deyib: "Bu "otizm"in yumşaq mərhələsidi. Diqqəti toplamaq və hər şey üzərində motivasiyaya sahib olmaq kimi bir hədiyyəsi var. İsaak Nyuton və Albert Eynşteyn də bu хəstəliyin daşıyıcısı olub. "Asperger sindromu" Messiyə böyük bir istedad verir, futboldakı uğuruna təsir göstərir".
Qeyd edək ki, "otizm" 3 yaşından əvvəl başlayan və ömür boyu davam edən, ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıхaran, beyinin inkişafına mane olan хəstəlikdi.
Fanat.az