İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici matçda son çempionu “Yuventus” kubokun sahibi “Latsio”nu sınağa çəkib.
Roma Olimpiya stadionunda keçirilən oyunda Turin təmsilçisi romalılara heç bir şans verməyib – 4:0. “Yuventus”un heyətində Paul Poqba, Giorgio Çiellini, Stephan Liçtsteyner və Karlos Tevez fərqlənib.
Turin klubu titulunu qormaqla yanaşı, tarixində 6-cı dəfə Super Kuboka sahib çıxıb (1995, 1997, 2002, 2003, 2012, 2013). “Latsio” isə 4-cü Super Kubokunu qahana bilməyib (1998, 2000, 2009).