Roman Qriqorçukun məğlubiyyət şərhi

Roman Qriqorçukun məğlubiyyət şərhi
Roman Qriqorçuk “Kəpəz”lə oyunla (0:3) bağlı fikirləri bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bunları deyib:
“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Bu rəqiblə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidi. “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik. Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu. Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər