Roman Qriqorçuk: "Vaxtımız olacaq ki..."

Roman Qriqorçuk: "Vaxtımız olacaq ki..."

Roman Qriqorçuk "Kəpəz"lə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bunları deyib: 

"Futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu. Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar. AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdı ki, onlar kollektivə uyğunlaşsınlar. Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də biz tez-tez iki fərqli heyətə güvənirik. Mənim üçün indiki məqamda nəticə çox önəmlidi. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb. Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər